Sumqayıt Tibb Mərkəzində ağacəkmə aksiyası: “Ağaclar ağ ciyərlərimizdir” 
08.04.2023 11:55

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Sumqayıt Tibb Mərkəzində (STM) “Ağaclar ağ ciyərlərimizdir” adlı ağacəkmə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib.

 

Mərkəzin tabeliyində olan müəssisələrin həyətyanı sahələrində keçirilən aksiyada 150-dən çox həmişəyaşıl ağac əkilib.

 

Aksiyada STM-in tabeliyində olan müəssisələrin əməkdaşları iştirak ediblər.

 

Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

 

Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir