Mütəxəssislərdən qrip mövsümü ilə bağlı xəbərdarlıq: koronavirus daha da arta bilər  
07.10.2020 14:28

“Xalqımıza əvvəlki kimi öz sağlamlıqları üçün koronavirusdan qorunmaqla bağlı müraciət etmirik. Bu gün Azərbaycan səhiyyə əsgərləri xalqa müraciət edərək təkcə sağlamlığımız üçün yox, əsgərlərimiz üçün, vətənimiz üçün, haqq davamız olan Qarabağ üçün “COVID”ə yox deməyə çağırır”.

 

Aztibb.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov AzTV-yə müsahibəsində bildirib.

 

O qeyd edib ki, artıq hər bir insan “COVID-19”un insanlıq üçün yarada biləcəyi fəsadlarından xəbərdardır. Bugünkü mübarizə başqadır, hər kəs ona görə ehtiyatlı olmalıdır ki, koronavirusla bağlı hər hansı gözlənilməz alovlanma reanimasiya yataqlarının “COVID”ə görə sərf olunmasına gətirə bilər: “Doğrudur, Azərbaycan bu virusla mübarizə aparmağın yollarını bilir. Hamıya məlumdur ki, koronavirus kontroldan çıxandan sonra ölkə səhiyyəsinin onunla mübarizə üçün 2 ay zaman ayırması lazım gəlir. Həmin reanimasiya yataqlarında hər bir koronaviruslu xəstəsinin başında olan 7 nəfərə yaxın tibb işçisi mübarizəyə vaxt ayırarkən əsgərə ehtiyac olanda lazımi xidməti göstərə bilməyəcək. Tibb personalının “COVID”li xəstə ilə əsgər arasında seçim etməməsi üçün bu çağırışa əməl etməlidir. Hər kəs deyə bilər ki, biz vətən uğrunda ölməkdən qorxmuruqsa, koronavirusdanmı qorxacağıq? Amma bunu özümüz üçün yox, bunu vətənimiz üçün, əsgərlərimiz üçün etməliyik. Hər bir insanın mükəlləfiyyətidir ki, bu məsələyə həssas yanaşsın”.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə məktəblərdə yoluxma hallarından danışıb və Azərbaycanda məktəblər açılandan bəri az miqdarda yoluxma faktının olduğunu bildirib. O qeyd edib ki, ümumilikdə məktəblərdə koronavirusla bağlı yoluxma hallarında artım müşahidə olunmur. Bütün dünyada artım daha çox iş yerlərində, əhalinin kütləvi toplaşdığı məkanlarda baş verir. “Bu xəstəlik Avropada daha şiddətli şəkildə ortaya çıxıb və sonra azalmağa başlayıb. Hazırda qərb ölkələrində yenidən artım var. Azərbaycanda isə avqust ayının ortalarından bəri pandemiya 100-150 civarındadır. O vaxtdan bəri artımın olmaması çox yaxşı haldır. Bilirsiniz ki, qışa doğru getdiyimizə görə, həm də qrip mövsümünə giririk. Qriplə bu virusun birlikdə necə olacağı isə bilinmir. Onların bir-birinə təsirlərindən xəbərsizik. Ona görə də əl gigiyenasına, maskaya, sosial məsafəyə diqqət etmək lazım gəlir”, - H. Harmancı deyib.

 

ÜST nümayəndəsi əlavə edib ki, yay ayları boyunca daha çox gənclər arasında yoluxma halları müşahidə olunurdu. Bəlkə də, buna görə ölüm sayında azalma var idi: “Lakin qış aylarında insanlar evdə olacaq deyə daha çox tövsiyələrə əməl etməlidirlər. “COVID” hələ bitməyib. Xüsusən bir yerə toplaşanda, kütləvi tədbirlərdə, yas mərasimlərində artım ola bilər. Ona görə öz sağlamlığımıza fikir verməliyik. Hər kəs kütləvi tədbirlərdən uzaq olmalıdır”.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib