Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı istifadəyə verilib
17.02.2023 09:16

Naxçıvan Diaqnostika Müalicə mərkəzi Publik Hüquqi Şəxsin Radiologiya şöbəsində Philips şirkətinə məxsus İngenia Elition X 1.5 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı istifadəyə verilib. 

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nairliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Tomoqrafiya koilləri ilə zəngin olan yeni Maqnit Rezonans Tomoqrafiyası cihazı insan orqanizminin bütün orqan və toxumalarını müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan verir. İngenia Elition X 1.5T MRT cihazı vasitəsilə baş və onurğa beyin sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi və orqanların müayinələri aparılır.

 

Müasir Maqnit Rezonans Tomoqrafiya texnologiyasının ən qabaqcıl Philips İngenia Elition X 1.5T MRT cihazında mövcud olan perfuziyon Tomoqrafiya, Tomoqrafiya spektroskopiya, diffuziyon Tomoqrafiya, funksional MR ilə beyin-onurğa beyin görüntülənmələrində beyinin ən mürəkkəb xəstəliklərinin dəqiq diaqnozu mümkündür. Pediatrik yaş qrupunda beyin-onurğa beyin patalogiyalarını aşkarlamaq və diaqnozu təyin etmək üçün yeni Maqnit Rezonans Tomoqrafiya cihazı ayrıca pediatrik beyin-onurğa beyin koili ilə təchiz edilib. Eyni vaxtda bütün onurğabeyini bir dəfəyə çəkiliş etmək olur.

 

Philips İngenia Elition X 1.5T MRT cihazında mövcud olan zəngin koil imkanları bütün bədənin Tomoqrafiya müayinəsinin eyni zamanda aparılmasına, xüsusilə, onkoloji xəstələrdə xəstəliyin orqan və toxumalara yayılıb-yayılmadığını təyin etməkdə mütəsna əhəmiyyətə malikdir. Qapalı sahədə qorxusu olan klaustrofobiyalı xəstələr üçün Tomoqrafiya boşluğunun geniş olması və Tomoqrafiya otağında yerləşdirilmiş elektron monitor və işıqlanma sistemi xəstələrin rahat müayinəsinə imkan yaradıb.

 

Qeyd edək ki, yeni cihazda Tomoqrafiya boşluğunun genişliyi 70 sm olub, ən geniş diametrə sahibdir. Tomoqrafiya boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir. Eyni zamanda, kiçik yaş qrupu xəstələrinin yatırılmadan müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdə və müayinə vaxtı daha qısadır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər