Uzman həkimdən xəbərdarlıq: Uşaqları öpmədən əzizləyin!
10.02.2023 13:22

Böyüklər körpələri öpərkən ciddi xəstəliklərə yoluxma təhlükəsi ilə üz-üzə qoyurlar.  

 

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Başak Tanır bildirib: “Ənənələrimizdə adi hal olsa da, gəlin kiçik körpələri öpməyək, çünki onların immun sistemi zəifdir. Yeni doğulan körpələrin, hətta 1 yaşa qədər olan körpələrin immun sistemi güclü olmaya bilər”. 

 

Qeyd edib ki, soyuq havalar və mövsüm keçidləri ilə indiki dönəmdə soyuqdəymə, qrip, pnevmoniya, otit, faringit, sinüzit kimi yuxarı tənəffüs yolu infeksiyaları sıx görülür. 

 

Xüsusilə vaxtından əvvəl doğulan körpələrdə müdafiə sistemi kifayət qədər inkişaf etmədiyi üçün vaxtında doğulan körpələri ilk aylarda ağız və tüpürcəklə təmasdan qorumaq lazımdır. Xəstə insanlar körpələri öpəndə bu, ciddi xəstəliklərə səbəb ola bilər: "Valideynlər də bunu çəkinmədən deməyi bacarmalıdırlar. Utanmamaq üçün uşağınızın sağlamlığını riskə atmayın. Ən təhlükəsiz hal məsafədən əzizləməkdir”. 

 

Həkim uşaqlı evlərdə görülə biləcək tədbirləri sadalayıb: “Xüsusən də körpə balaca olanda izdihamlı şəkildə qonaq qəbul etməyək. Körpəyə qulluq edənlər əl gigiyenasına diqqət yetirməlidirlər. Bir nömrəli qaydalarımızdan biri əl gigiyenasıdır. Körpələri nəzərə alaraq, bol C vitamini qəbul etməyə və vaxtaşırı qış çayı içməyə diqqət edək".

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib