Zaqatala Rayon Mərkəzi Xəstəxanasının psixiatrı Mehriban Qurbanova - Həkimlərimizi tanıyaq!
04.02.2023 10:00

Səhiyyəmizin inkişafı, ilk növbədə, peşəkar mütəxəssislərdən - həkimlərdən və digər tibb işçilərindən aslıdır.

Ən dəyərli nemət olan sağlamlığın keşiyində duran həkimlərimizdən biri də Mehriban Qurbanovadır.

 

"Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı Mehriban Qurbanova mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.

 

O, 20 fevral 1955-ci ildə Lənkəran rayonunda anadan olub. 1971-1977-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə ali təhsil alıb. 1978-ci ildə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasının bazasında internatura keçərək psixonevroloq ixtisasına yiyələnib.

 

M.Qurbanova 1979-cu ildə Lənkəran rayon Psixiatriya Xəstəxanasında həkim-psixiatr kimi işə başlayıb, 1980-cı ildən bu günədək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatr vəzifəsində fəaliyyətini davam etdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib