Ürək xəstələrinə soyuq hava xəbərdarlığı – RİSKİ ARTIRIR
03.02.2023 12:02

Trakya Universitetinin professoru Sərvət Altay ürək xəstələrinin soyuq havalarda qidalanmasına və həyat tərzinə diqqət etmələrini bildirib. 

 

Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, soyuq havanın insan orqanizminə mənfi təsir etdiyini deyən professor xüsusilə ürək xəstələrinin sinə nahiyəsini isti tutaraq çölə çıxmalarını tövsiyə edib. 

 

“Soyuq havada bayıra çıxanda damarlarda daralma müşahidə olunur. Bu, ürək damarlarına da aiddir. Belə vəziyyət həm ürəyin oksigenlə təminatını pozur, həm də onun enerji ehtiyacını artırır. Buna görə də qış aylarında ürək xəstələrində sinə ağrısı və infarkt riski artır. Odur ki, ürək xəstələri soyuq havalarda xüsusilə diqqətli olmalıdırlar”, – mütəxəssis bildirib. 

 

Xüsusilə səhər və axşam saatlarında şaxtanın təsirli olduğu vaxtlarda çox çölə çıxmamalıdırlar. Evin bir otağı çox isti, digər otaq isə çox soyuq olduqda infarkt riski arta bilər. Ona görə də otaqların bərabər qızdırılması məsləhətdir. 

 

Qışda enerji ehtiyacının və qidalanma tezliyinin artdığını deyən S.Altay həm enerji ehtiyacını ödəyəcək, həm də ürək xəstələrinə zərər verməyəcək qidaların istehlak edilməsini zəruri sayıb. Qeyd edib ki, qışda balıq istehlakı çox faydalıdır. Əlavə edib ki, şəkəri yüksək və lifi az olan qidalardan çəkinin. Qidalanma xüsusiyyətləri yüksək olan paxlalılara üstünlük verilməlidir. Bundan əlavə, tərəvəzlər istehlak edilməlidir. Qırmızı ət istehlakını azaltmalı və qızardılmış qidalardan uzaq durmalısınız.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib