Genetika üzrə tanınmış mütəxəssis ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlim keçib
23.01.2023 10:29

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Mücahit Avcilin təşəbbüsü ilə genetika üzrə tanınmış türkiyəli mütəxəssis, professor Zeynep Ocak klinikanın həkimləri və rezidentləri üçün treninq keçib.


Klinikadan Aztibb.az-a verilən xəbərə görə, maarifləndirmə məqsədilə keçirilən təlimdə genetik xəstəliklər, həmin xəstəlikləri aşkarlamaq üçün test metodları, ailə qurmağa hazırlaşan şəxslərdən götürülməsi vacib olan analizlər barədə ətraflı məlumat verilib.

 

Professor Z.Ocak genetik problemlər haqqında ailələrin öncədən məlumatlı olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ancaq bu halda qabaqlayıcı tədbirlər görmək və genetik xəstəliklərin qarşısını əvvəlcədən almaq mümkündür.


Genetikanın bütün ixtisasları əhatə etdiyini deyən mütəxəssis bildirib ki, ginekologiya, kardiologiya, pediatriya və digər sahələrdə də genetik yönümlü problemlər mövcuddur. Ona görə də bu tip problemlərin aradan qaldırılması üçün ilk növbədə genetiklərə müraciət etmək lazımdır.


Təlimdə xromosom və gen xəstəliklərinə ayrılıqda toxunulub və bildirilib ki, genlərin sayı xromosomlarımızın sayından dəfələrlə çox olduğu üçün gen xəstəliklərinin sayı da çoxdur.


Təlim zamanı genetik testlərin yüksək dərəcədə inkişaf etdiyi də diqqətə çatdırılıb. Qeyd edilib ki, dölə aid genetik nümunə götürmək üçün dölə heç bir invaziv müdaxilə etmədən ana qanından fetal DNT-ni belə ayırmaq olur. Bu cür testlərə “non-invasive test” (NİPT) deyilir və hamiləliyin 10-cu həftəsindən etibarən götürülə bilər. Bundan əlavə, ana, ata və döldən üçlü analiz götürməklə ana bətnində olan dölün talassemiya daşıyıcısı və ya xəstəsi olmasını bilmək mümkündür.


Genetik testlərin diaqnozu aydınlaşdırmağa və ya mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcəyini, hər bir kəsin ailə qurmamışdan öncə genetik testdən keçməsinin zəruriliyini söyləyən professor, sonda təlim iştirakçılarının suallarını cavablandırıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır