Tədris Cərrahiyyə Klinikasında Həmrəylik Gününə həsr olunmuş 2 günlük endokrinoloji aksiya başa çatıb
31.12.2022 10:20
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2 günlük endokrinoloji aksiya başa çatıb.
 
Aztibb.az klinikaya istinadla xəbər verir ki, aksiyada 35 nəfər müayinədən keçib.
 
Klinikanın cərrah endokrinoloqu Azər Hümmətovun təşkil etdiyi aksiyada müayinədən keçən pasiyentlərdən 33 nəfərində qalxanvari vəzin xəstəlikləri (Haşimoto tiroididi - 25 nəfər; Düyünlü ur-7 nəfər; Yarımkəskin tireoidit- 1 nəfər) aşkarlanıb. Cəmi 2 nəfərdə patalogiya aşkar olunmayıb.
 
Xəstələrdən birində şübhəli düyün müəyyən olunduğundan onun üzərində incə iynə biopsiyası icra olunub.
 
Aksiya iştirakçılarına analiz və ultrasəs müayinələrinin nəticələrinə uyğun olaraq müvafiq müalicələr təyin edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub