İxtisasını ən yaxşı tanıdanlara kubok verilib
27.12.2022 12:15

Azərbaycan Tibb Universiteti (ATU) İctimai Səhiyyə Fakültəsinin təşkilatçılığı ilə “İxtisasını tanıt” adlı müsabiqənin keçirilməsi artıq ənənə halını alıb. Növbəti müsabiqə 2022-ci ilin 22-23 dekabr tarixlərində keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, müsabiqədə fakültənin İctimai səhiyyə, Tibb bacısı işi, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarında təhsil alan tələbələri iştirak edib. Layihənin məqsədi tələbələrin təhsil aldıqları ixtisasları tanıdıqları qədər tanıtması və bu tanıtıma hazırlaşarkən apardıqları araşdırmalar nəticəsində ixtisasları ilə bağlı özləri üçün sual doğuran məqamlara cavab tapmalarıdır. Müsabiqəyə 5-i İctimai səhiyyə, 9-u Fizioterapiya və tibbi reabilitasiya, 7-si Tibb bacısı işi ixtisasından olmaqla 21 qatılıb.

 

Münsiflər heyətinin üzvləri - fakültə dekanı, professor Anar Ağayev və dekan müavini, dosent Qalina Qəniyeva, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Yaqut Hacızadə, II Uşaq xəstəlikləri kafedrasının dosenti Fəxriyyə Məmmədova və Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Rüfət Cabbarov 3 əsas meyarı - mövzunun əhatəliliyi, elektron təqdimatın keyfiyyəti və tələbənin çıxışını qiymətləndiriblər.

 

Təhsil aldığı ixtisası ən gözəl şəkildə tanıdan Fateh Əsədbəyli (İctimai səhiyyə), Əlirza Cəfərov (Fizioterapiya və tibbi reabilitasiya), Rəna Cumayeva (Tibb bacısı işi) I yerə layiq görülüblər. Qalib tələbələrə kubok verilib, müsabiqə iştirakçıları isə sertifikatlarla təltif olunublar.

 

Müsabiqənin təşkilatçılıq işində aktivlik göstərən Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə III kurs tələbəsi Aytən Əlihüseynliyə fakültə dekanı sertifikat təqdim edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır