Gəncədə könüllü qanvermə aksiyası keçirilib
20.12.2022 17:13

Gəncədə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub.

 

Aztibb.az-ın xəbərinə görə, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə Bölməsində reallaşıb.

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

 

Xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən edilib, onların səhhətində hər hansı bir problemin olmadığı aşkarlandıqdan sonra qanvermə aksiyasına start verilib.

 

Tədbirin keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qan ehtiyaclarının artırılmasına təmənnasız kömək etmək olub.

 

Qeyd edək ki, aksiya səhər saatlarından başlayaraq gün ərzində davam edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub