Milli Oftalmologiya Mərkəzi Naxçıvan Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirib - FOTO
18.12.2022 09:36
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti tibbi aksiyası Naxçıvan Mərkəzi Xəstəxanasında keçirilib.
 
Aztibb.az Milli Oftalmologiya Mərkəzinə istinadla xəbər verir ki, aksiya çərçivəsində 101 nəfər müayinə olunub. Yaşla bağlı presbiopiya, refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub.
 
Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, korluğun qarşısının alınması, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.
 
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, t.ü.f.d. Mirişova Mirana, dr. Bayramova Humay, dr. İbrahimova Sona və
dr. Həsənova Rəvanə tərəfindən həyata keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub