ATU-da “Təcrübədən tədrisə” layihəsinə start verilib
04.12.2022 10:02

ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında “Təcrübədən tədrisə” layihəsinə start verilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, layihənin məqsədi tələbələrdə seçdikləri ixtisasa maraq yaradılması və motivasiyalarının artırılmasıdır. Bu məqsədlə respublikamızın tanınmış mütəxəssislərinin müxtəlif mövzular üzrə mühazirələr oxuması və tələbələrin suallarının cavablandırması planlaşdırılıb.

 

İlk qonaq kimi V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova dəvət edilib.

 

Əvvəlcə kafedranın müdiri, dosent Şəhla Balayeva tələbələrə layihənin məqsədi haqqında məlumat verib və qonağı təqdim edib.

 

Daha sonra S.Xəlilova İctimai səhiyyə fakültəsinin III kursunda “İstehsalatda müxtəlif mikroiqlim şəraitində baş verən peşə xəstəlikləri” mövzusu üzrə mühazirə oxuyub.

 

Tələbələrin aktivliyi ilə seçilən mühazirənin sonunda t.ü.f.d. S.Xəlilova və dosent Ş.Balayeva tərəfindən onların çoxsaylı sualları cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub