Advent konsertindən əldə olunan gəlirlər Uşaq Bərpa Mərkəzinin xüsusi avadanlıqlarla təchizinə xərclənib
03.12.2022 09:21

Bakıda Macarıstan səfirliyi ilə ənənəvi Advent konserti keçirilib. Ötən il də Milad öncəsi keçirilən bu konsert xeyriyyə layihəsi kimi yadda qalıb.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, həmin konsertdən əldə olunan gəlirlər K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin xüsusi avadanlıqlarla təchiz olunmasına xərclənib.

 

Konsertdə Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin tibbi kollektivi təşkilatçılar tərəfindən təşəkkürnamələr və hədiyyələrlə mükafatlandılıb.

 

Konsert proqramı Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı, Macarıstanın neft şirkəti “MOL Azərbaycan”ın sponsorluğu, “Nargis” Fondu və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı ilə keçirilib.

 

Qeyd edək ki, builki ənənəvi Advent konsertində Macarıstanın dünyaca məşhur “Jazzical Trio”su çıxış edib. Trioya Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Sahib Paşazadə də qoşulub. İki dost ölkənin musiqiçiləri birlikdə tanınmış klassik parçalar ifa ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama