ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması üzrə seminar keçirib  
19.10.2026 10:09
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Danimarkanın Kopenhagen şəhərində Səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlər üzrə regional seminar keçirib.
 

Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, seminarda Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkə nümayəndə heyətləri iştirak ediblər. Tədbirin məqsədi səhiyyə işçi qüvvəsinin planlaşdırılması sahəsində yanaşmaları gücləndirmək, qərarların qəbulunda əmək bazarı və kadr potensialı barədə məlumatlardan istifadəni təkmilləşdirmək, daha dayanıqlı və çevik səhiyyə sistemlərinin qurulması üçün praktiki fəaliyyət istiqamətləri hazırlamaq olub.

İştirakçılar səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və təhlili istiqamətində əsas istiqamətlər olan məlumat bazası, xidmət modelləri, planlaşdırma üzrə mütəxəssislərin potensialı, idarəetmə, eləcə də siyasi dəstək və kontekstual amilləri müzakirə ediblər.
 
Üç gün davam edən seminar çərçivəsində ölkə nümayəndə heyətləri təcrübə mübadiləsi aparıb, Böyük Britaniya, İspaniya, Niderland, Sloveniya, İsveçrə, Portuqaliya, Yeni Zelandiya, Yunanıstan, Avstriya və Fransadan olan texniki ekspertlərlə birlikdə ümumi və hər bir ölkəyə xas çətinlikləri müzakirə ediblər.
 
Müzakirələrin əsas məqsədi maraqlı tərəflərin müəyyən etdiyi prioritetləri konkret fəaliyyət planlarına çevirmək olub. Ölkə təqdimatları və interaktiv “World Café” formatında keçirilən müzakirələr mövcud imkanların, əsas boşluqların və təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verib.
 
Seminarın əsas nəticələrindən biri hər bir ölkə üçün fəaliyyət planlarının və yol xəritələrinin hazırlanması olub, eləcə də əldə olunan irəliləyişin davamlılığını təmin etmək üçün zəruri institusional mexanizmlər və dəstək ehtiyacları əks olunub.
 
Seminar regional müzakirələr, milli siyasət dialoqlarının təşkili, ölkələrarası əməkdaşlıq imkanları və 2027-ci ildə fəaliyyət planlarının icrasını dəstəkləyəcək növbəti addımların müəyyənləşdirilməsi ilə yekunlaşıb.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub