Xətai Tibb Mərkəzində tibb kollecinin tələbələri üçün əl gigiyenası və əlcək istifadəsinə dair təlim keçirilib
18.10.2026 10:21
Xətai Tibb Mərkəzində İnfeksiyaların Profilaktikası və Nəzarəti üzrə (İPN) məsul şəxs, həkim-infeksionist Aysel Musayeva tərəfindən Reanimasiya şöbəsində əl gigiyenası və tibbi əlcəklərdən istifadə qaydalarına həsr olunmuş təlim keçirilib.
Aztibb.az xəbər verir ki, təlim Xətai Tibb Mərkəzində təcrübə keçən tibb kollecinin tələbələri üçün təşkil olunub.
Təlim zamanı əl gigiyenasının tibb müəssisələrində infeksiyaların yayılmasının qarşısının alınmasında rolu, əllərin düzgün yuyulması və antiseptik vasitələrdən istifadə qaydaları, eləcə də tibbi əlcəklərdən istifadəyə dair göstərişlər barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tibbi əlcəklərin əl gigiyenasını əvəz etmədiyi, onların düzgün və məqsədəuyğun istifadəsinin həm tibb işçilərinin, həm də pasiyentlərin təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Təlim çərçivəsində tələbələrin nəzəri biliklərinin artırılması, infeksiyaya nəzarət tədbirləri ilə bağlı praktiki bacarıqlarının formalaşdırılması və gələcək peşə fəaliyyətlərində infeksion təhlükəsizlik qaydalarına düzgün əməl etmələrinin təşviqi hədəflənib.
Bu bölməyə aid digər xəbərlər
18-24 Oktyabr – Beynəlxalq qurğuşunla zəhərlənmənin qarşısının alınması həftəsidir
18.10.2026 | 12:59
Xətai Tibb Mərkəzində tibb kollecinin tələbələri üçün əl gigiyenası və əlcək istifadəsinə dair təlim keçirilib
18.10.2026 | 10:21
ATU-nun kafedra müdiri Moskvada Azərbaycanın elmi yanaşmalarını təqdim edib
17.10.2026 | 10:12
Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb
16.10.2026 | 15:26
Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi
16.10.2026 | 14:25
Qoşqar Təhməzli : "Qida təhlükəsizliyində rəqəmsallaşma mühüm əhəmiyyət daşıyır"
16.10.2026 | 11:00
Ucuz eynəklər göz sağlamlığı üçün təhlükəlidir
16.10.2026 | 10:31
16 Oktyabr – Ümumdünya Anesteziya Günüdür
16.10.2026 | 09:11
Ana südü ilə qidalanmaya dair maarifləndirici tədbir
15.10.2026 | 12:49
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ÇOX OXUNANLAR
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
16.10.2026 | 11:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

