ATU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresdə iştirak edib
03.12.2022 09:05

ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, Ümumi cərrahiyyə kafedrasının əməkdaşı, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyası (AELCA) İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov və nümayəndə heyəti Türkiyənin Antalya şəhərində Türk Qastroenterologiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən “39-cu Beynəlxalq Qastroenterologiya həftəsi və 10-cu Qastroenteroloji Cərrahiyyə Konqresi”ndə iştirak ediblər.

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, dünyanın 20-dən çox ölkəsindən 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqres dünya qastroenteroloqlarını, cərrahlarını, universitet və dərnəklərini bir araya gətirərək, müasir texnologiyalar, müayinə və müalicə üsullarını təhlil edib. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb. Eyni zamanda, "Peritonitlə ağırlaşmış pankreonekroz zamani sekeltiv müalicənin tədqiqatının effektivliyi" mövzusunda arasdırma konqresin proqramına daxil edilib.

Konqres gələcəkdə ATU-da canlı heyvanlar üzərində aparılan əməliyyatların simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn kursların təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, həmçinin bu sahədə qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tibbin aktual sahələrinə dair elmi araşdırmaların tibb təhsilinə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Birinci Beynəlxalq Tibbi Forum çərçivəsində AELCA ilə Türk Qastroenterologiya Dərnəyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama