BSU-da “Sağlam olaq –Donor olaq” adlı tədbir təşkil olunub
03.12.2022 08:41

Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) təşkilatçılığı, həmçinin Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə “Sağlam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.

 

AQDİM-dən Aztibb.az-a verilən məlumata görə,tədbirdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, rektorun müşaviri Elçin Hüseynov, “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin sədri Fuad Rəsul, sədr müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, AQDIM-in idarə heyəti sədrinin müşaviri Kamil Hüseynov, eləcə də Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva və Talassemiya Mərkəzinin həkim-hematoloqu Tünzalə Əhmədova mövzu ətrafında məruzələrlə çıxış ediblər.


Qeyd olunub ki, qan vermək hər bir sağlam insanın bəşəri borcudur. Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90 faiz aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir.
Qəza nəticəsində yaralanan birinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir körpənin, qan vurulmazsa öləcək bir xəstənin sizin verdiyiniz qanla həyata qayıtması ilə sizə verdiyi mənəvi rahatlıq ölçüsüzdür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama