Sumqayıt Reabilitasiya Mərkəzinə infotur təşkil edilib
02.12.2022 17:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar əlilliyi olan fəal gənclər və blogerlərin Sumqayıt Reabilitasiya Mərkəzinə infoturunu təşkil edib.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, tədbir Agentliyin fəaliyyəti, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat vermək, həmçinin onların rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.

 

İnfotur iştirakçıları ilə görüşdə bildirilib ki, son illərdə ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib,  həmçinin ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. 

 

Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib. Agentliyin tabeliyində 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir.  Həmin müəssisələrdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər. 

 

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər də diqqətə çatdırılıb.

 

Görüşdə əlilliyi olan şəxslər üçün müyəssər mühitin inkişaf etdirilməsi, inkluzivlik imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən həkim - Rəşad Nəsirli
Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib  
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Laboratoriyada yetişdirilən beyin orqanoidləri illər ərzində inkişaf edir - TƏDQİQAT
Şamaxı RMX-da təlim: “Vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə xidmətlərinin rolu”