Binəqədi Tibb Mərkəzinin direktor müavini, Doğum evinin rəhbəri - Zeynəb Hüseynova
02.12.2022 16:26
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
Rubrikamızda bu dəfə Binəqədi Tibb Mərkəzinin direktor müavini, Doğum evinin rəhbəri Zeynəb Hüseynova haqqında məlumatları diqqətinizə çatdırırıq.
Zeynəb Hüseynova 7 mart 1974-cü ildə Naxçıvan şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini qırmızı diplomla bitirib. 1997-1998-ci illərdə M.Nağıyev adına Bakı şəhər Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib. 2006-2008-ci illərdə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında Mamalıq və ginekologiya ixtisası üzrə klinik ordinaturanı bitirib.
O, 2008-2011-ci illərdə İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetində Mamalıq-ginekologiya ixtisası üzrə aspiranturanı bitirib. 2011-ci ildə İ.M. Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetində “Hiperandrogeniyalı hamilələrdə döl itkisi sindromunun profilaktika xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Zeynəb Hüseynova 1998-1999-cu illərdə Naxçıvan şəhər Xəstəxanasında çalışıb. 1999-2021-ci illərdə 5 saylı Kliniki Doğum Evində, 2021-2022-ci illərdə Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərib.
Peşəkar həkim 4 oktyabr 2022-ci il tarixində Binəqədi Tibb Mərkəzində direktor müavini, Doğum evinin rəhbəri təyin olunub.
Bir çox beynəlxalq konfransların, seminarların iştirakçısı olan Zeynəb Hüseynova Azərbaycan, rus və ingilis dillərində 40-dan artıq elmi məqalənin müəllifidir.
O, 2003-cü ildə ABŞ-ın Vaşinqton şəhərində yerləşən "Georgetown University Hospital"ın Mamalıq-ginekologiya şöbəsində könüllü tibb işçisi olaraq çalışıb. Hazırda Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında doktorantura təhsili alır, tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası üzərində işləyir.
Zeynəb Hüseynova, həmçinin 20 sentyabr 2022-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının I Mama-ginekologiya kafedrasında fəaliyyət göstərir.
Bu bölməyə aid digər xəbərlər
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 08:57
Elmi tədqiqatdan elmi məqaləyə - SEMİNAR
19.10.2026 | 17:02
DİM 3, DİM 4 və DİM 17 üzrə əməkdaşlıq: Azərbaycanda uşaq psixi sağlamlığı Avropanın diqqətində
19.10.2026 | 14:28
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU nümayəndələri Müstəqilliyin Bərpası Günü münasibətilə Zəfər Muzeyini ziyarət edib
19.10.2026 | 11:55
Mama-ginekoloqların növbəti aylıq toplantısı: “Hamiləlikdə trombemboliya: risk,diaqnoz və profilaktika”
19.10.2026 | 11:34
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması üzrə seminar keçirib
19.10.2026 | 10:09
18-24 Oktyabr – Beynəlxalq qurğuşunla zəhərlənmənin qarşısının alınması həftəsidir
18.10.2026 | 12:59
Xətai Tibb Mərkəzində tibb kollecinin tələbələri üçün əl gigiyenası və əlcək istifadəsinə dair təlim keçirilib
18.10.2026 | 10:21
ATU-nun kafedra müdiri Moskvada Azərbaycanın elmi yanaşmalarını təqdim edib
17.10.2026 | 10:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

