Gömrük əməkdaşlarının məlumatlılığının artırılması üçün seminar keçirilib
02.12.2022 16:23
Dekabrın 2-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, eləcə də kontrafakt dərman preparatlarının qaçaqmalçılığına qarşı mübarizə işi sahəsində gömrük əməkdaşlarının məlumatlılığının artırılması” mövzusunda seminar keçirilib. Seminar DGK Tibbi Xidmət İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə baş tutub.
Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, açılışda DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və cəmiyyətdə yaratdığı problemlərlə bağlı məlumat verib, bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bu bəşəri bəlaya qarşı mübarizə sahəsində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərə toxunub, rəhbərlik etdiyi təhsil ocağının da məlumatlılığın artırılması işinə töhfə vermək niyyətində olduğunu vurğulayıb.
Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev də seminarın əhəmiyyətindən danışıb, tədbirin gömrük əməkdaşlarının biliklərinin artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı İradə Ramazanova, “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər”, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla çıxış ediblər.
Seminar çərçivəsində gömrükçülər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, həmçinin narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və saxta dərmanların yaratdığı təhlükələr haqqında da yeni məlumatlar əldə ediblər. Daha sonra nümayiş etdirilən təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 08:57
Elmi tədqiqatdan elmi məqaləyə - SEMİNAR
19.10.2026 | 17:02
DİM 3, DİM 4 və DİM 17 üzrə əməkdaşlıq: Azərbaycanda uşaq psixi sağlamlığı Avropanın diqqətində
19.10.2026 | 14:28
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU nümayəndələri Müstəqilliyin Bərpası Günü münasibətilə Zəfər Muzeyini ziyarət edib
19.10.2026 | 11:55
Mama-ginekoloqların növbəti aylıq toplantısı: “Hamiləlikdə trombemboliya: risk,diaqnoz və profilaktika”
19.10.2026 | 11:34
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması üzrə seminar keçirib
19.10.2026 | 10:09
18-24 Oktyabr – Beynəlxalq qurğuşunla zəhərlənmənin qarşısının alınması həftəsidir
18.10.2026 | 12:59
Xətai Tibb Mərkəzində tibb kollecinin tələbələri üçün əl gigiyenası və əlcək istifadəsinə dair təlim keçirilib
18.10.2026 | 10:21
ATU-nun kafedra müdiri Moskvada Azərbaycanın elmi yanaşmalarını təqdim edib
17.10.2026 | 10:12
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

