"Xroniki ürək çatışmazlığı” mövzusunda mühazirə dinlənilib
02.12.2022 08:54

ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə rezidentlər üzrə məsul şəxs, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov ənənəvi seminarların tibbin bütün sahələrini əhatə etdiyini, bu dəfə “Xroniki ürək çatışmazlığı” mövzusunda mühazirənin dinləniləcəyini diqqətə çatdırıb. O, tanınmış mütəxəssis, təcrübəli həkim Yasmin Rüstəmovanın bu sahəyə dair maraqlı fikirlərindən rezidentlərin kifayət qədər faydalanacağına əminliyini bildirib.

 

Daha sonra Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova daim rezidentlərin yanında olan, eyni zamanda kolleqalarından, xəstələrindən köməyini əsirgəməyən Yasmin xanıma uğurlar arzulayıb və rezidentləri bu fürsətdən yararlanmağa çağırıb.

 

Mühazirəni təqdim edən ATU-nun I Daxili xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının həkim-kardioloqu Yasmin Rüstəmova Amerika və Avropa Kardioloqlar cəmiyyətlərinin təsvirlərindən müqayisəli sitat gətirərək qeyd edib ki, ürək çatışmazlığı simptom və hər hansı əlamətlər olan struktur və ya funksional pozulmalar nəticəsində yaranan mədəciklərin doldurulması və ya qanın boşaldılmasının pozulması ilə əlaqədar kompleks bir klinik sindromdur. Əvvəllər düşünülürdü ki, xroniki ürək çatışmazlığı birbaşa ürəklə əlaqəli bir xəstəlikdir. Əslində isə, bu sindrom bir neçə simptomun, hətta bir neçə orqanın xəstəliyi nəticəsində əmələ gəlir.

 

Həkim diqqəti ürək çatışmazlığının etiologiyasına yönəldərək ürək funksiyasının zəifləməsinin əsas səbəblərindən danışıb. Bildirib ki, hipertoniya zamanı damar rezistentliyinin artması və ya qulaqcıq səyriməsi tipli taxiaritmiyaların inkişafı ürək çatışmazlığına səbəb olur. Ürəyin işemik xəstəliyi isə miokardın zədələnməsinin ən əsas səbəbidir.

 

Məruzədə ürək çatışmazlığının muasir təsnifatına, müasir diaqnostik üsullarına və müalicə prinsiplərinə geniş yer ayrılıb. Həmçinin hazırda ən çox rast gəlinən ürək-damar problemlərinə, xroniki ürək çatışmazlığına səbəb olan digər faktorlara toxunulub.

 

Ürək-damar sisteminin diaqnostikası üzrə İtaliyada master dərəcəsi alaraq 2012-ci ildən etibarən Azərbaycanda ürək maqnit rezonans tomoqrafiyası üzrə ilk mütəxəssis kimi fəaliyyət göstərən Yasmin Rüstəmova bu sahəyə dair təcrübəsini də rezidentlərlə bölüşüb.

 

Seminarda rezidentlərin mövzuya dair çoxsaylı sualları cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama