Travma ilə əlaqəli massiv qanaxmaların idarə olunması müzakirə edilib
01.12.2022 21:49

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Travma ilə əlaqəli massiv qanaxmaların idarə olunması" mövzusunda seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, dosent Əliyar Sultanov, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.

 

Məruzə ilə çıxış edən klinikanın Reanimatologiya və Anesteziologiya şöbəsinin rezidenti Səfərov Ərşad mövzu barədə ətraflı məlumat verib.

 

Həkim bildirib ki, travma ilə əlaqəli massiv qanaxması olan xəstədə bir həkim üçün ən vacib olan meyar vaxtdır. Bunun üçün ən sürətli şəkildə xəstəyə diaqnoz qoyulmalıdır. Massiv qanaxma protokolunu işə salmaq üçün 7T mexanizmi çox önəmlidir. (7T - Trigger, Team, Tests, Tranexam, Targets, Temperature, Termination)

 

Onun sözlərinə görə, şöbəyə daxil olan xəstə ilk öncə müalicə həkimi tərəfindən müəyyən şkalalar üzrə dəyərləndirilməlidir. Buna uyğun protokol aktivləşdirilib, dissiplinli və birlikdə işləməyi bacaran komanda ilə kompleks müalicə tədbirləri həyata keçirilməlidir.

 

"Xəstəyə massiv qan transfuziyaları olunmalı, traneksam turşusu kimi antifibrinolitiklər istifadə olunmalıdır. Transfuziya hədəflərə istiqamətlənmiş şəkildə xəstənin stabilliyini və hemostazını bərpa etməyə yönəldilməlidir. Bunun üçün eritrosit və trombosit kütlələri, Təzə Donmuş Plazma, Kompleks Protrombin konsentratları və s istifadə olunur. Xəstənin bədən temperaturu da kliniki gedişata böyük təsir göstərir. Buna görə xəstə isti tutulmalıdır. Bütün aparılan resusitasiyaların sonunda xəstənin hemostazı, vəziyyəti bərpa olunub uyğun şöbəyə köçürülməlidir. "- deyə o, bildirib.

 

Sonda Ə.Səfərov tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama