Bağırsaq sağlamlığı üçün düzgün qidalanma
30.11.2022 11:00
Bağırsaq insanın ikinci beyinidir. Bağırsaqlarımızın sağlam olması üçün qeyri-sağlam və balanssız qidalanmadan uzaq durmalıyıq. 
 
Aztibb.az-ın xəbərinə görə, qidalanma mütəxəssisləri immunitet funksiyasında əsas rol oynayan ağ qan hüceyrələrinin 70%-nin bağırsaqda olduğunu vurğulayıblar. Bədəni müxtəlif xəstəliklərdən qorumaq üçün həkimlər gündəlik qidalanmanın 5 sadə qaydasına riayət etməyi tövsiyə edirlər.
 
1.Bitki mənşəli məhsullar. Mütəxəssislər həftədə 30 və ya daha çox bitki mənşəli qidalar qəbul edənlərin bağırsaq mikrobiomunun 10-dan az yeyənlərə nisbətən əhəmiyyətli dərəcədə yaxşı olduğunu müəyyən ediblər. Bu cür qidalarda çoxlu lif var və bu, faydalı mikrobların sayını artırır.

 

2. Daha çox probiyotiklər və prebiyotiklər. Probiyotiklər güclü antimikrob aktivliyə malikdir, bağırsaq divarının funksiyasını yaxşılaşdırır və bağırsağın immun hüceyrələrinə müsbət təsir göstərir. Probiyotiklərin mənbələrinə qatıq, kefir və tərəvəzlər daxildir. Həkimlər onları gündə bir neçə dəfə qidaya daxil etməyə çağırıb. Bununla yanaşı, prebiyotiklərə – bağırsaqlarda faydalı bakteriyaları qidalandıran və iltihab əleyhinə təsir göstərən pəhriz lifinə diqqət yetirmək vacibdir.

 

3. Daha az işlənmiş qidalar. Məsələn, işlənmiş qidalara şəkər əlavə edilmiş  peçenye və çips daxildir. Bu cür qidalar bağırsaqların fəaliyyətini pisləşdirir, həmçinin metan istehsalında iştirak edən bakteriyaların sayını artırır. Bu qaz həzm traktını ləngidir və kiçik bağırsaq bakteriyasının çoxalmasına (SIBO) səbəb ola bilir.

 

4. Alkoqola yox. Məlum olub ki, spirtli içkilərin müntəzəm istifadəsi bağırsaq iltihabına səbəb ola bilir və bağırsaq mikrobiotasının tərkibinə və fəaliyyətinə mənfi təsir göstərir.

 

5. Daha az süni dadlandırıcılar. Süni dadlandırıcılar da bağırsaq mikrobiomuna mənfi təsir göstərir.

 

Sağlam və düzgün qidalanma, siqaret, alkoqollu içkilərdən uzaq durmaq, bağırsaqlarımızda mövcud olan faydalı bakeriyaların sayını artırır. Beləliklə, inkişaf edən sağlam bağırsaq florası xəstəliklərə qarşı daha güclü olur.

 

Bağırsaqlarda yaşayan faydalı bakteriyaların miqdarı qədər, çeşidli olması da çox vacibdir. Nə qədər çeşidli bakteriya varsa, o qədər də sağlamıq deməkdir. Bakteriyaların çeşidini artırmağın yolu çeşidli qidalanmaqdan keçir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub