ATU əməkdaşları Müdafiə Nazirliyi tərəfindən təltif olunublar
17.11.2022 16:26

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşlarını Zəfər bayramı münasibəti ilə təltif edib. ATU əməkdaşlarına Vətən müharibəsi dövründəki xidmətlərinə görə Fəxri fərman və mükafatlar təqdim olunub.

 

Vətən müharibəsinin ilk günlərindən  “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti” yaralanan əsgər və zabitlərimizə ixtisaslaşmış tibbi yardım göstərməyə hazır olduğunu Səhiyyə Nazirliyinə bildirmişdi. 2020-ci il oktyabrın 2-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikasında ilk olaraq Üz-çənə cərrahiyyəsi şöbəsi, daha sonra klinikanın digər şöbələri hərbi əməliyyatlarda yaralanan hərbçilərimizə xidmət göstərməyə başlamışdı.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri ilə yanaşı bütün tibb personalı öz bilik, bacarıq və təcrübələrini bu işə  sərf edərək 100-dən  çox yaralıya xüsusiləşdirilmiş yardım göstərmişdi. Bu gün də qazilərimizin ən mürəkkəb bərpa əməliyyatlarının aparılması məhz bu klinikanın mütəxəssislərinə həvalə olunur. Müdafiə Nazirliyi Zəfər Bayramının 2-ci il dönümündə  ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrası  əməkdaşlarının o dövrdəki xidmətlərini yüksək qiymətləndirərək onları  təltif edib. Kafedra əməkdaşları və şöbənin orta tibb personalına “Azərbaycan Ordusunun tibb xidmətinə verdiyi töhfələrə görə” Fəxri Fərman mükafatı  və xüsusi hazırlanmış “Dəmir yumruq” simvolu təqdim edilib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib