“BioNTech” şirkətinin təsisçiləri Alman Milli Mükafatına layiq görülüblər  
11.06.2025 08:50

Almaniya Kansleri Fridrix Merts 2025-ci il Alman Milli Mükafatının təqdimetmə mərasimində “BioNTech” şirkətinin təsisçiləri Özləm Türeci və Uğur Şahini təltif edib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kansler onların cəsarət, zəhmət və işə olan həvəslərini xüsusi vurğulayaraq, hər iki alimin tibb sahəsində həyata keçirdikləri fəaliyyətlə tibbi inqilaba imza atdıqlarını və minlərlə insanın həyatının xilas olunmasına töhfə verdiklərini bildirib. F.Merts bu uğurun iqtisadi və elmi azadlıq şəraitində mümkün olduğunu qeyd edib.

 

Kansler çıxışında elmi mühitin inkişafı üçün bürokratik maneələrin aradan qaldırılması, sabit maliyyə təminatı, sosial və etnik mənşəyindən asılı olmayaraq, istedadların dəstəklənməsi, eləcə də ixtisaslı miqrasiyanın təşviqinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Alman Milli Mükafatı 1997-ci ildən etibarən Alman Milli Fondu tərəfindən hər il demokratik cəmiyyətin inkişafına töhfə verən şəxslərə və təşkilatlara təqdim olunur. 1993-cü ildə Almaniyanın yenidən birləşməsi kontekstində yaradılmış bu fond qeyri-kommersiya, müstəqil və partiyalardan asılı olmayan qurumdur. Mükafat alanlar arasında tanınmış ictimai xadimlər – Şərqi Almaniyada vətəndaş hüquqları fəalı olmuş Verner Şulz, Holokostdan sağ çıxmış və antisemitizmə qarşı mübarizə aparan Anita Lasker-Valfış, eləcə də Avropa tarix şəbəkəsi “EUSTORY” də var.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə