Yeni Klinika nüfuzlu mükafata layiq görülüb
30.04.2025 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.
Dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və həmkarlar ittifaqlarının iştirak etdiyi tədbirdə Yeni Klinika AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif edilib.
Mükafat təntənəli şəkildə Yeni Klinikanın direktoru Barat Yusubova təqdim edilib.
Bu məlumat Aztibb.az-a Yeni Klinikadan verilib.
Qeyd olunub ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial rifah sahəsində islahatlardan, elektron xidmətlərdə əldə olunan nailiyyətlərdən və əməyin mühafizəsi üzrə görülən işlərdən bəhs edib. AHİK sədri Sahib Məmmədov rəqəmsallaşmanın əmək bazarına təsirinə toxunaraq, işçilərin yeni bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb. ASK prezidenti Məmməd Musayev isə sahibkarlığın inkişafı və təhlükəsiz əmək mühitinin yaradılması məsələlərinə diqqət çəkib.
Tədbirə beynəlxalq qurumların rəhbərləri videomüraciətlə qatılaraq əmək hüquqları və süni intellektin rolu barədə fikirlər səsləndirilib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Layiqli Əmək Səfiri Səbinə Əliyeva və digər rəsmilər insan amilinin qorunmasının eyni zamanda texnoloji yeniliklərə uyğun hüquqi yanaşmanın əhəmiyyətindən danışıblar.
Panel müzakirələrdə “Əməyin mühafizəsi: reallıqlar və trendlər” və “Süni intellekt, rəqəmsallaşma: risklər və imkanlar” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb, musiqi qruplarının çıxışları təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı müəllim və tələbələrin yer aldığı elmi tədqiqat İspaniyada mükafata layiq görülüb
23.10.2026 | 11:46
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
07.10.2026 | 15:58
Azərbaycanlı professorun ixtiraları Koreyada medallara layiq görülüb
16.09.2026 | 13:48
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdirləri "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunublar
28.07.2026 | 13:03
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunub
16.07.2026 | 09:02
Qazaxıstanda qan donorları üçün ilk dəfə rəsmi olaraq yeni mükafat təsis olunub
13.07.2026 | 13:42
Tədris Cərrahiyyə Klinikasının əməkdaşı dövlət təltifinə layiq görülüb
13.07.2026 | 12:07
ATU əməkdaşlarının “Helicobacter pylori”yə qarşı hazırladığı fitotablet Avrasiya patenti alıb
04.07.2026 | 15:37
“BioNTech” şirkətinin təsisçiləri Alman Milli Mükafatına layiq görülüblər
11.06.2025 | 08:50
“Adlı təqaüd”ə layiq görülənlər arasında ATU-nun 10 tələbəsi var
21.05.2025 | 17:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

