“Adlı təqaüd”ə layiq görülənlər arasında ATU-nun 10 tələbəsi var
21.05.2025 17:24

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” tədbiri Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərindən bəhs edən Konfederasiya sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb.

 

Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitdən bəhs edib, “Adlı təqaüd” layihəsinin önəmini vurğulayıb.

 

Qeyd edək ki, məbləği 300 manat olan bu birdəfəlik təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir.  ATİAHİ RK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-2025-ci tədris ilinin birinci semestrinin yekunlarına görə 100, ikinci semestrinin nəticələrinə əsasən isə 308 tələbəyə “Adlı təqaüd” verilib. İkinci semestrdə “Adlı təqaüd”ə layiq görülənlər arasında ATU-nun da 10 tələbəsi var ki, onlardan 3 nəfəri I Müalicə-profilaktika, 2 nəfəri II Müalicə-profilaktika, 2 nəfəri Stomatologiya, 1 nəfəri İctimai səhiyyə, 1nəfəri Hərbi tibb, 1 nəfəri isə Əczaçılıq fakültəsinin tələbəsidir.

 

Ümumilikdə isə indiyədək 3179 tələbə bu təqaüdə layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır