Şamaxıda Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirilib
14.11.2022 17:27
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti və “Üçüncü bahar” İctimai Birliyinin əməkdaşlığı ilə 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirilib. 
 
Şamaxı şəhərində 14 noyabr 2022-ci il tarixdə təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin səviyyəsinin müəyyən olunması) dəvət ediliblər, onlara həkim və kardioloq, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib. 
 
İSİM-in nümayəndələri – Laura Quliyeva, Sevda Məmmədova və Pərvin Quliyeva, Azərbaycan Kardiologiya Cəmiyyətinin nümayəndəsi Hikmət Əliyev aksiya iştirakçılarına qeyri-infeksion xəstəliklərin, o cümlədən diabetin əsas risk amilləri barədə məlumat veriblər. Vurğulanıb ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi meydana çıxır. Bu isə orqanizmin əksər sistemlərinin zədələnməsinə səbəb olur. Şəkərli diabetin əsas risk amillərinə isə, artıq çəki, azhərəkətlilik, yaxın qohumlarda xəstəliyin olması, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, stress, qeyri-sağlam qidalanma və s. faktorlar aiddir.
 
Aksiyada həmçinin iştirakçılara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edildi, bu mövzulara dair İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb. 
 
Qeyd edək ki, Ümumdünya Diabetlə Mübarizə Günü 1991-ci ildən bəri dünyanın 160-dan çox ölkəsində, o cümlədən Azərbaycanda hər il müxtəlif tədbirlərlə qeyd edilir, diabetdən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub