Oftalmologiya Mərkəzinin Səyyar klinikası valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tibbi aksiya keçirib
11.11.2022 18:38
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1№-li tam orta internat məktəbində tibbi aksiya keçirib.
 
Aksiya hər il Gözdən Əlillər Günü münasibətiilə digər müəssisələrdə və regionlarda operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etmək məqsədilə keçirilir.
 
Aksiya çərçivəsində 120 nəfər müayinə olunub. Refraksiya patologiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub.
 
Aksiyanın keçirilməsində məqsəd korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarətdir. Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova və Rəvanə Həsənova tərəfindən həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub