Agentliyin Maliyyə departamentinin rəhbəri nüfuzlu "Luca" mükafatına layiq görülüb
11.11.2022 00:12

Londonda Birləşmiş Krallığın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICB/ICFM Global) ənənəvi sammiti keçirilib.

 

Tədbirə Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının və aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssisləri, mühasib və maliyyə menecerləri qatılıblar.

 

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri (ölkənin nüfuzlu təşkilatlarının maliyyə sahəsində çalışan mütəxəssisləri) bu tədbirdə Azərbaycanı təmsil ediblər və müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif olunublar.

 

Sammitdə iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov "İlin maliyyəçisi" nominasiyası üzrə nüfuzlu "Luca" mükafatına layiq görülüb.

 

Mühasibatlıq dünyasının Oskarı sayılan mükafatı Rasim Həsənova Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun direktoru Harri Karter təqdim edib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib