Bayrağına canım qurban, Azərbaycan!
09.11.2022 15:52

Bu gün Azərbaycan səmasında məğrur-məğrur dalğalanan bayrağımız uğrunda canını fəda etmiş oğullarımızı - Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət qurucularını (1918-ci il mayın 28-i -1920-ci il aprelin 27-i); rejissor Cahid Hilaloğlu və Çingiz Abdullayevi (1957-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü ilə əlaqədar üçrəngli bayrağımızı Qız Qalasının üzərinə sancmışlar); Əbülfəz Elçibəyi (1989-cu ildə üçrəngli bayrağı "Azadlıq" meydanına gətirmişdir); Tələt Əlizadəni (1991-ci il oktyabrın 19-da Müstəqillik Haqqında Konstitusiya Aktı qəbul edildikdən dərhal sonra Hökumət Evinin divarından asılmış sovet gerbinin üzərinə üçrəngli bayrağı sancmışdır) unutmadıq, onlara olan sevgi və ehtiram daim qəlbimizdə yaşayacaqdır...

 

İndi hər bir vətən oğlu üçrəngli bayrağımızla fəxr edir, kimisi onu döş nişanı şəklində sinəsində gəzdirir, kimisi evinin görkəmli yerindən asır, kimisi də iş otağında masasının üstündə yerləşdirir... Doğrudan bunu indi etmək çox asandır. Amma Sovet dövründə, NKVD-nin kəsə-kəs vaxtında bunu etmək hər kişinin işi deyildi. Yalnız heç nədən qorxmayan millət fədailəri bunu edə bilərdi.

 

Gənc teatr rejissorları və gizli milliyyətçi dərnəyin rəhbərləri olan Cahid Hilaloğlu və Çingiz Abdullayev üçrəngli bayrağımızı Qız qalasının üzərində dalğalandırmağı planlaşdırdılar və 1957 -ci il mayın 28-də - Cümhuriyyət günündə Cahid Hilaloğlu bu işi həyata keçirdi. Üçrəngli bayrağımız qısa müddət də olsa Qız qalasının üzərində dalğalandı. Bundan sonra Çingiz Abdullayev ömrünün çox hissəsini psixiatriya xəstəxanasında keçirməli oldu, Cahid Hilaloğlu isə neçə illər həbsxanaya atıldı. Təəssüflər olsun ki, 1990-cı ildə naməlum nömrə nişanlı "Volqa" avtomobili ilə vurulub öldürülən Cahid Hilaloğluna Azərbaycanın müstəqilliyini görmək qismət olmadı...


Bayraq üçün ən uca zirvə qəlbin dərinliyindədir. Bayraq da daim yüksələ bilmək üçün öncə qəlblərdə dalğalanmalıdır. Qəlblərdə əsən həzin meh də cəmiyyətə yansıyanda gücə çevrilir.

 

Dilərəm ki, üçrəngli bayrağımız bayraqlar içində boynunu bükməsin, hər zaman başı uca olsun. Bayrağımız şəhid tabutları üstünə sərilməsin. Bayrağımız məzarlıqlarda dalğalanmasın,
toylarda - şənliklərdə, Təbrizimizdə, Dərbəndimizdə, Xankəndimizdə, Xocalımızda, Göyçəmizdə, Borçalımızda dalğalansın.

 

Artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr - Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.

 

Keçmişlərin izi vardır,
Həm rəngində, həm dirəkdə,
Gələcəyin közü vardır,
Ya beyində, ya ürəkdə.

Bayrağına canım qurban, AZƏRBAYCAN.

 

BAYRAQ GÜNÜMÜZ MÜBARƏK..

 

Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib