Uzun illər səhiyyə sahəsində çalışmış Paşa Rəcəbli vəfat edib
06.05.2026 12:41
Uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə seçilən qastroenteroloq-endoskopist Paşa Rəcəbli vəfat edib.
 
Aztibb.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Məlumatda bildirilir: "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli həkim, uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
 
Allah rəhmət eləsin!"