“BTL Azerbaijan” şirkəti “Global Health Awards - 2022” mükafatına layiq görülüb
05.11.2022 19:36

“Reputation” və “Millionare Concept Network”in rəsmi tərəfdaşlığı əsasında Bakıda ”Global Health Summit” layihəsi baş tutub. Sözügedən tədbir paytaxtımızda növbəti dəfə təşkil olunduğundan layihə böyük nüfuz və xüsusi rəğbət qazanıb.

 

Aztibb.az xəbər verir ki, ölkəmizdən və dünyadan tanınmış həkimlərin, tibb və sağlıq sektorundan olan şəxslərin qatıldığı gecədə, proqram çərçivəsində “Global Health Awards” mükafatları təqdim olunub.

 

Layihənin əsas məqsədi yerli və xarici səhiyyə nümayəndələrinin qarşılıqlı olaraq fəaliyyətlərinin əlaqələndirilməsi, əməkdaşlığın genişləndirilməsi və göstərdikləri xidmətlərin qiymətləndirilməsidir.

 

Qala gecəsində səhiyyə sektorunun bir sıra nümayəndələri və nüfuzlu şirkətləri tibb sahəsindəki xidmətlərinə görə "Global Health Awards - 2022" mükafatına layiq görülüblər.

 

Təltif olunanlar sırasında dünyanın ən böyük şirkətlərindən biri sayılan, tibbi və estetik avadanlıqların istehsalı ilə məşğul olan “BTL Industries" şirkətinin Azərbaycan nümayəndəliyi - “BTL Azerbaijan” da var.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib