“Su-elektolit balansı" mövzusunda seminar keçirilib
27.10.2022 15:53
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, dosent Əliyar Sultanov, klinikanın həkimləri və rezidentlərinin iştirakı ilə “Su-elektolit balansı" mövzusunda seminar keçirilib.
 
Tədris Terapevtik Klinikasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə klinikanın Kardiologiya şöbəsinin rezidenti Əli Balakişiyev mövzu üzrə təqdimatla çıxış edib.
 
O, natrium və kalium təyininin tibbdə böyük əhəmiyyəti olduğunu, hər iki elementin bir çox patologiya zamanı diaqnoz qoyulmasında və müalicənin effektivliyində mühüm rolu olduğunu bildirib. 
 
Əli Balakişiyevin sözlərinə görə, kaliumun miqdarı qan qazına təsir göstərir. Kaliumun artması və ya azalması metabolik asidoz, alkaloza gətirə bilər.
 
"Bu səbəblərə görə bir çox xəstə qruplarında rutin olaraq bu analizlərin yoxlanılması məsləhətlidir. Həmçinin patofiziologiyanın bilinməsi müalicə zamanı bizə kömək edir. Məsələn, diabetik ketoasidoz zamanı etioloji müalicə apararıq, natrium, kalium, HCO3 və pH miqdarını normaya gətirə bilərik. Və ya metabolik alkaloza zamanı NaCl 0.9% istifadə edərik, xəstənin simptomlarını azalda bilərik", - deyə məruzəçi qeyd edib.
 
Geniş müzakirə şəraitində keçən seminarda rezidentlər qarşılaşdıqları situasiyalarla bağlı öz rəylərini və fikirlərini bölüşüblər. Sonda onları maraqlandıran suallara aydınlıq gətirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır