Türkiyənin Azərbaycandakı təhsil müşaviri ATU-nun rektoru ilə görüşüb  
14.10.2022 17:35

Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, görüşdə universitetdə təhsil prosesi haqda fikir mübadiləsi aparılıb.

 

Qonaq ATU-da tələbələr üçün yaradılmış şəraitlə, o cümlədən yataqxanalarla maraqlanıb. Eləcə də Türkiyədən olan tələbələrimizlə görüşmək istəyini dilə gətirib.

 

A.R.Altunelə ATU-da tələbələrin yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şərait, universitetin maddi-texniki bazası, həmçinin tədris klinikaları və yataqxanalar barədə ətraflı məlumat verilib.

 

Professor Gəray Gəraybəyli tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçdiyini qonağın diqqətinə çatdırıb. O, A.R.Altuneli ATU-da keçiriləcək Zəfər Günü konsertinə dəvət edib.

 

Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, Xarici tələbələrlə iş üzrə dekan Qorxmaz Əhmədov, Türkiyənin Azərbaycandakı təhsil müşavirinin köməkçisi Faiq Bayramov, ATU-dakı Türkiyəli Tələbələr Şurasının sədri Mehmet Tanış və türkiyəli tələblər də iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır