Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin ultrasəs müayinəsi və ya ultrasonoqrafiya ilə bağlı həqiqət və mifləri açıqlayıb.
Aztibb.az həmin müsahibəni təqdim edir:
Ultrasəs müayinəsi və ya ultrasonoqrafiya nədir?
Ultrasəs müayinəsi ultrasəs cihazı vasitəsilə aparılır. Ultrasəs cihazı insan qulağının eşidə bilməyəcəyi yüksək tezlikli dalğaları (20.000 Hz-dən yüksək) görüntüyə çevirə bilən cihazdır. Bu cihazın əsas iş prinsipi insan orqanizmindəki ultrasəs dalğalarının müxtəlif toxumalardan müxtəlif şəkildə əks edilməsidir. Ultrasəs cihazının iki əsas hissəsi vardır. Səs dalğalarını ötürən ötürücü (gel sürtülərək bədənimizlə təmas edir) və alınan görüntünü həkimin izlədiyi ekran.
Ultrasəs müayinəsi ilə bütün orqanlar müayinə edilir?
Əlbəttə, bu düz deyil. Bədənimizdə səs dalğaları hava və qaz olan orqanlardan keçdikdə görüntü keyfiyyəti pozulur. Ona görə də, daxilində hava olan orqanların (ağciyər, mədə,bağırsaq) müayinəsində istifadəsi məhduddur. Sümük toxumasının isə səs dalğaları yalnız üzərindən əks edildiyindən ultrasəs cihazı ilə yalnız sümüyün kənarları müayinə olunur. (sümük daxilində yerləşən ilik müayinə olunmur). Son illərdə texnologiyanın inkişafı sayəsində hətta əzələ, sinirlərin də müayinəsi aparılır.
Ultrasəs müayinəsi ilə hansı orqanları müayinə etmək olar?
Ultrasəs müayinəsi vasitəsilə daxili orqanlar, bədəndə hər hansı şiş toxuması, hamiləlik, bədəndəki səthi damarlar (doppler müayinəsi), ürək (exokardioqrafiya) müayinə olunur və xüsusi ultrasəs müayinəsinə aid terminlərlə ifadə olunur.
Ultrasəs müayinəsi ehtiyacı yarandıqda hansı terminlərdən istifadə etməliyik?
Qarının tam abdominal utrasəs müayinəsi zamanı qaraciyər, öd kisəsi, mədəaltı vəz, böyrəklər, dalaq müayinə edilir. Uroloji ultrasəs müayinədə böyrəklər, sidik kisəsi və kişilərdə prostat müayinə edilir. Ginekoloji müayinə zamanı qadınlarda hər iki yumurtalıq, uşaqlıq, uşaqlıq yolu müayinə olunur. Bunlardan başqa, boyunun, tüpürcək vəzilərinin, süd vəzinin, qalxanabənzər vəzinin, uşaqlarda timus vəzinin, baş beyinin (neyrosonoqrafiya) və s. ultrasəs müayinəsi var.
Ultrasəs müayinəsi ziyanlıdır?
Ultrasəs müayinəsində radiyasiya yayan rentgen şüalarından istifadə olunmur. Qeyd etdiyimiz kimi, bu müayinə zamanı səs dalğalarından istifadə edildiyindən hətta hamilələr, körpələr, az yaşlı uşaqlar, xroniki xəstələr (şəkərli diabet, hipertenziya, xroniki böyrək çatışmazlığı, xroniki hepatitli xəstələr və s. ), onkoloji xəstələr (şiş xəstələri) dəfələrlə müayinə oluna bilər. Ultrasəs müayinəsi 100% li müayinə metodudur. Ultrasəs müayinəsi zamanı görüntü hər zaman tam dəqiq deyildir. İstər cihazdan, istər xəstənin seçilmiş orqanın hazırlıq vəziyyətindən asılı olaraq bu dəyişir. Bu zaman xəstəyə KT , MRT , Uroqrafiya , Sistoqrafiya və s. kimi irəli tədqiq metodları məsləhət görülür.
Ultrasəs müayinəsinin dəqiqliyini artıran amillər hansılardır?
Vacib əlamətlərdən biri də əldə edilən məlumatın müalicə həkimi tərəfindən düzgün dəyərləndirilməsidir. Belə ki, əgər müalicə həkimi yazılan ultrasəs nəticəsini düzgün dəyərləndirə bilməzsə xəstədə müalicə tələb edən hər hansı vəziyyət gözdən qaça bilər və ya əksinə müalicə tələb olunmayan hər hansı orqana müalicə tətbiq edilərək həmin orqanın funksiyasının pozulmasına gətirib çıxarır: Səhər yemək yemədim, çayla şirniyyat yedim. Çox az yedim.
Ultrasəs müayinəsi hazırlıqlı olmalı və müayinə olunan nahiyəyə görə hazırlıq da fərqli olmalıdır. Əgər kəskin qarın ağrıları, qanaxma, yaxud travma varsa (döyülmə, avtoqəza, bıçaqlanma və s.) kimi hallar varsa bu zaman hazırlıqsız USM aparılır. Qarın boşluğu orqanlarının müayinəsi zamanı (xüsusilə öd kisəsi ) mütləq müayinədən 8-10 saat əvvəl ac olunmalıdır. Əgər uroloji və ya ginekoloji müayinə aparılacaqsa su içilməli, sidik kisəsi dolu olmalıdır. Sidik kisəsi özü isə ancaq dolu vəziyyətdə müayinə olunur. Beləliklə, USM digər müayinələrdən fərqli olaraq daha zərərsiz, daha sürətli, maliyyə cəhətdən daha münasibdir.

