Azərbaycan Tibb Universiteti beynəlxalq kitab sərgisində iştirak edib
10.10.2022 12:31

Oktyabrın 5-dən 9-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycan Tibb Universiteti ilk dəfə sərgi-yarmarkada iştirak edib.

 

Aztibb.az xəbər verir ki, "Şuşa ili"nə həsr edilən sərgidə 15-dən çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya, universitetlər və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub. 

 

Sərginin ilk günündən ziyarətçilər, o cümlədən xarici vətəndaşlar universitetimizin stendinə böyük maraq göstərib. Xüsusilə Turkiyə vətəndaşları ATU-ya qəbul qaydaları ilə yaxından maraqlanıb. Mədəniyyət naziri Anar  Kərimov da universitetimizin stendini ziyarət edərək, fikirlərini səsləndirib.

 

Qeyd edək ki, ATU-da tədris dillərinə uyğun olaraq, sərgidə 3 dildə dərslik, monoqrafiya, müxtəlif nəşrlər təqdim olunub. O cümlədən ziyarətçilər hicri-qəməri tarixi ilə 1316-1317-ci ilə aid olan nadir nüsxə daş basma kitabımızla tanış ola biliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır