ABŞ-ın Puerto-Riko Universitetinin professoru ATU-da mühazirə deyib
06.10.2022 18:06
ABŞ-ın Puerto-Riko Universitetinin professoru Səbzəli Cavadov Azərbaycan Tibb Universitetində (ATU) mühazirə oxuyub. 
 
Aztibb.az-ın məlumatına görə, sessiya ATU-nun Tibbi və bioloji fizika kafedrasının və Biokimya kafedrasının təşkilatçılığı ilə baş tutub. 

 

Tədbirdə ATU-nun Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova çıxış edərək professor S.Cavadovun elmi yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü olan S.Cavadov yüzlərlə elmi məqalənin müəllifi, eksperimental kardiologiya, o cümlədən ürək çatışmazlığının molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsi sahəsində tanınmış alimdir.

 

Sonra professor S.Cavadov “Ferroptoz – hüceyrənin yeni ölüm mexanizmi: mitoxodrida rolu” mövzusunda təqdimatla çıxış edib. Alim bildirib ki, ferapptoz dəmir asılı yeni hüceyrə ölümü mexanizmidir. Onun sözlərinə görə,istənilən xəstəlik zamanı hüceyrənin ölüm mexanizmini öyrənmək elm üçün vacibdir.

 

S.Cavadovun son illərdə apardığı elmi araşdırmalara əsaslanan mühazirəsi ATU-nun auditoriyası tərəfindən maraqla qarşılanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır