TƏBİB-lə UNICEF arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
30.09.2022 14:41

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens arasında görüş keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, görüş zamanı tərəflər əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirə aparıb.

 

Görüşdə Azərbaycanda ilkin səhiyyə sisteminin gücləndirilməsi üzrə görülən işlər, patronaj xidmətinin universal proqressiv modeli olan ev ziyarətlərinin tətbiqi, EUDİ - Erkən uşaqlıq dövründə inkişafın ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyətini, ana südü ilə qidalanmanın təbliği və təşviqi, süni qidalardan istifadə hallarının qarşısının alınması, əhalinin bu mövzulara dair maarifləndirilməsi işinin genişləndirilməsi və bir sıra vacib səhiyyə xidmətləri müzakirə edilib. Bütövlükdə ana və uşaq sağlamlığı istiqamətində aparılan əməkdaşlığın effektivliyi qeyd edilib və əməkdaşlığı genişləndirmək üçün atılacaq addımların əhəmiyyəti vurğulanıb.

 

Görüş zamanı UNICEF tərəfindən ana və erkən yaşlı uşaqların sağlamlığına dəstək olmaq məqsədilə ianə edilmiş dəmir və fol turşusu tərkibli həblərin yerli ilkin səhiyyə xidməti müəssisələrinə paylanması məsələsinə də toxunulub. Belə ki, UNICEF tərəfindən ianə edilən bu həblər TƏBİB-in nəzarəti altında tabelikdəki tibb müəssisələrinə paylanılıb və hamilələrə tam ödənişsiz olaraq təqdim edilib.

 

TƏBİB və UNICEF-in Azərbaycan dövlətinin prioritet istiqamətlərdən biri olan ana və uşaq sağlamlığının qorunması istiqamətində daha sıx əməkdaşlıq etməsinin vacibliyi diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır