"Xəstələri daim nəzarətdə saxlayırıq ki, saturasiyaları aşağı düşməsin" - Koronavirusla mübarizədə iştirak edən hekim-terapevt
23.09.2020 22:11

“Xüsusi geyimdə işləmək asan deyil. Tərləyirik, bədənimiz maye itirir. Hətta, bəzən, xəstələr də çəkdiyimiz əziyyətləri görüb, “gedin, bir az istirahət edin” deyirlər. Amma istirahətə vaxtımız olmur. Xəstələri daim nəzarətdə saxlayırıq ki, saturasiyaları aşağı düşməsin".

 

Aztibb.az xəbər verir ki, bu fikirləri 1 saylı modul tipli xəstəxanada çalışan 26 saylı şəhər poliklinikasının həkim-terapevti Sevinc Şabanova müsahibəsində bildirib. COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi ilə məşğul olan həkim-terapevt iş prosesindən danışıb.


"Ağır xəstələrimiz çox olub. Psixoloji gərgin vəziyyətdə olan bu xəstələr, “sağalmayacağam" deyirdilər. Amma mən və həmkarlarımın səyi nəticəsində onları sağalda bilmişik. Belə xəstələrin sağalandan sonra etdikləri təşəkkür əvəzolunmazdır"

 

O, bildirib ki, virusla mübarizədə iştirakı insanlarla münasibətlərinə də təsirsiz ötüşməyib: "Gərgin iş rejiminə görə, uşaqlarımdan ayrı düşmüşəm. Ara-sıra evə gedəndə nəfəsim onlara dəyməsin deyə, üzlərindən yox, ayaqlarını qucaqlayıb öpə bilirəm. Qızım soruşur ki, ana, pandemiya nə vaxt bitəcək və sən nə vaxt əvvəlki kimi məni üzümdən öpə biləcəksən?”

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər