Mütəxəssis: Koronavirus infeksiyası insan orqanizmində qan xəstəliklərinin yaranmasına səbəb ola bilər  
05.09.2022 14:44

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev koronavirusa yoluxan şəxslərdə qan azlığı, virusdan sağaldıqdan sonra yarana biləcək qan xəstəlikləri, bədxassəli qan problemləri ilə bağlı sualları cavablandırıb. 

 

Aztibb.az həmin müsahibəni təqdim edir.

 

- Təhməz müəllim, koronavirus qan azlığından əziyyət çəkənlərə necə təsir edir?

 

- Qeyd edim ki, qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblərin, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər. Bununla da COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir. Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur.

 

COVID-19-un bilavasitə hematopoetik sistemə təsir nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib.

 

- Virusa yoluxub sağalan şəxs donor ola bilərmi?

 

- COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxdı.

 

İnfeksiya simptomsuz şəkildə keçibsə müəyyən müddətdən sonra koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər. Əgər infeksiyanın simptomları ortaya çıxıbsa, o zaman simptomlar tam keçdikdən 14 gün sonra qan donoru olmaq mümkündür.

 

- Koronavirus laxtalanmaya səbəb olmaqla orqanizm üçün hansı çətinliklər yarada bilər?

 

- Koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər. Trombotik ağırlaşmalar, xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir.

 

Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. COVID-19 səbəbindən hospitalizasiya olunmuş şəxslərdə simptomatik venoz tromoembolizm ortayaçıxma nisbəti təxminən 10 faizdir.

 

- Koronavirusdan sağaldıqdan sonra hansı qan xəstəlikləri ortaya çıxa bilər?

 

- Təəssüf ki, COVID-19-za yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər.

 

- Bədxassəli qan xəstəliyi olanlar bu müddətdə nələrə diqqət etməlidir?

 

- Leykoz, limfoma, miyelom kimi hematoloji xərçəngi olan, aktiv müalicə alan və ya müalicəsini yeni tamamlamış şəxslərdə digərlərinə nisbətən COVID-19 daha ağır şəkildə keçə bilər. İmmuniteti zəifləmiş və ya xərçəng xəstəliyindən müalicə alanlar, onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün tövsiyə olunan tədbirlərə daha diqqətlə əməl etməlidirlər.

 

Bundan əlavə, dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyindən əvvəl mütləq xəstələrin həkim ilə əlaqə saxlamaları tövsiyə olunur.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib