Qanda xolesterinin çox olması hansı xəstəliklərə səbəb olur? - Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu ilə MÜSAHİBƏ
31.08.2022 15:38

Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün vacib olan maddələrdəndir. Xolesterin bütün hüceyrələrin membranlarına daxildir, o, hormonların sintezində və mübadilə proseslərində iştirak edir, sinir toxumalarını əhatə edən qoruyucu qatı əmələ gətirir. Lakin xolesterinin yüksək olması təhlükəsi haqqında da tez-tez eşidirik və onu yağlı qidalar qəbul etməklə əlaqələndiririk. Bəs qanda xolesterinin yüksək səviyyəsinin olması hansı xəstəliklərə səbəb olur? Qarşısını necə almaq olar?  

 

Aztibb.az Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayevin bu mövzuda müsahibəsini təqdim edir:

 

Samir müəllim, qanda xolesterinin çox olması həqiqətən təhlükəlidirmi?

 

Xolesterin orqanizmdə normadan artıq olduqda insanın həyatı üçün təhlükəyə çevrilir. Artıq xolesterin damarlarda yığılmağa balşayır ki, bu da damarların daralmasına, zəifləməsinə, tıxanmasına səbəb olur. Bütün bunlar isə öz növbəsində, ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbləridir.

 

Qanda xolesterinin yüksək olmasının əlamətləri hansılardır?

 

Qanda xolesterinin yüksək olmasının əlamətləri bunlardır: ürək nahiyəsində ağrılar, sıxılma hissi, yüngül fiziki iş və ya qısamüddətli gəzintidən sonra ayaqlarda ağrılar, göz qapaqlarında və gözlərin altında kiçik sarı piy şişlərinin əmələ gəlməsi, təzyiqin tez-tez qalxıb-düşməsi, zəiflik və yorğunluq, saçların tez ağarması, baş ağrıları, yaddaşın və diqqətin pozulması. Bu əlamətləri özünüzdə hiss etdikdə mütləq qanda xolesterinin səviyyəsini yoxlamaq lazımdır.

 

Hiperkolesterolemiya xəstəliyi nədir?

 

Hiperkolesterolemiya xəstəliyi qanda xolesterinin səviyyəsinin yüksəldiyi, ateroskleroz və buna görə də ürək-damar xəstəlikləri riskini artıran lipid mübadiləsi pozğunluğudur. Bu pozğunluq qaraciyərin artıq yığılan və qan damarlarının divarlarına yığılan LDL xolesterinin hamısını çıxara bilməməsi ilə əlaqədardır.  Arteriyalar daraldıqda hipertoniya baş verə bilər. Buna görə ürək daha çox işləməli olur ki, bu da ürək xəstəliyi ilə əlaqələndirilir. Öd və ya həzm mayelərində həddindən artıq xolesterin isə kristalların əmələ gəlməsinə səbəb ola bilər ki, bu da öd kisəsi daşlarına çevrilərək bərk ağrıya səbəb olur. Xolesterin böyrəkdə toplanarsa,  böyrək çatışmazlığı və yüksək qan təzyiqi ilə nəticələnir. Ümumiyyətlə, insan bu pozğunluqdan xəbərdar olana qədər arteriyalar artıq 75% -dən 90% -ə qədər funksionallığını itirir. Buna görə də, mümkün qədər tez lazımi tədbirlər görmək üçün qanda ümumi xolesterin və triqliseridlərin səviyyəsini mütəmadi olaraq yoxlamaq vacibdir.

 

Xolesterinin səviyyəsini necə aşağı salmaq mümkündür?

 

Xolesterinin səviyyəsini aşağı saldıqda, ürək-damar xəstəliklərinin qarşısını almaq mümkündür. Bunun üçün  bir qayda olaraq 20 yaşdan yuxarı şəxslər 5 ildə 1 dəfə lipid spektiri analizlərindən keçmələri məsləhətdir. Balə ki, bu müayinə ürək-damar xəstəliklərinin profilaktikasında önəmli rol oynayır.  Eyni zamanda  qidalanmaya diqqət etməli, qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq,  çox yağlı yeməklərdən çəkinmək, qida rasionuna sarımsaq, qatıq, keşniş, zəncəfil və avokado əlavə etmək, yumurtadan az istifadə etmək, mümkün qədər çox meyvə və tərəvəz yemək, hər gün açıq havada piyada gəzmək məsləhətdir.

Təşəkkür edirik.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb