Böyrək daşlarını əmələ gətirən ƏSAS RİSK FAKTORLARI/MÜSAHİBƏ
30.08.2022 11:35

Xroniki böyrək çatışmazlığının əsas əlamətlərinə yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, bədəndə maye balansının pozulması ilə əlaqədar olaraq ayaqlarda və digər orqanlarda şişkinlik (ödəm), yuxu problemləri və gözlərdə şişkinlik, dəri quruluğu, hipertenziya, başağrısı və s. aiddir.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev xroniki böyrək çatışmazlığından bəhs etdiyi müsahibəsində belə deyib. Həmin müsahibəni təqdim edirik:

 

- Rauf müəllim, xroniki böyrək çatışmazlığının ilkin əlamətləri hansılardır?

 

Böyrək parenximasının tədricən atrofiyası ilə müşayiət olunan patoloji hallar nefronlarının böyük bir qisminin məhvinə orqanizmdə su-duz və elektrolit mübadiləsinin tənzimlənməsi kimi funksiyaların hissəvi və ya tamamilə itirilməsinə gətirib çıxarır ki, bu da xroniki böyrək çatışmazlığına səbəb olur.

 

Ümumiyyətlə, xroniki böyrək çatışmazlığının 5 mərhələsi var. Bu mərhələlərə bölünmənin əsas kriterləri - qanda kreatininin səviyyəsi, yumaqcıqların filtrasiya sürətinin təyini və sidikdə albuminin dəyərləndirilməsidir.

 

- Hamiləlik dövründə zülal itkisinin qarşısı alınmazsa, hansı problemlər yarana bilər?

 

Hamiləlik dövründə sidikdə zülalın miqdarı fizioloji olaraq normadan 2 dəfə daha yüksək olur. Lakin proteinuriya səviyyəsi bundan daha yüksək olduğu hallarda həm ananın, həm də ana bətnindəki uşağın sağlamlığına ciddi təhlükə hesab edilir və vaxtında müalicə olunmazsa müxtəif fəsadların yaranmasına səbəb olur. Anada arterial təziqin yüksəlməsinə səbəb olaraq, preeklapsiya və eklapsiya vəziyyətlərinə qətirib çıxarda bilər. Preeklapsiya olan zaman böyrəklərdə, qaraciyərdə və baş beyində funsional dəyişikliklər müşahidə edilir. Bu isə fetoplasentar çatmamazlığına gətirib çıxarda bilər. Eklapsiya zamanı isə qıc olmalar, qaraciyər-böyrək çatmamazlığı, ağ ciyərlərin ödəmi və beyin qansızmaları müşahidə edilir.
Ana bətnində olan uşaqda isə böyrək zədələnməsi, qaraciyər fermentlərinin yüksəlməsi, fiziki və zehni inkişaf geriliyi, az çəki ilə doğulma və s. müşahidə olunur, çox ağır formalarda isə beyin qanaxmalarına səbəb ola bilər. Bunları nəzərə alaraq, hamilələrdə hətta heç bir şikayətləri olmadığı hallarda 3-cü aydan sonra ayda bir dəfə sidiyin ümumi analizinin və sidikdə zülalın səviyyəsinin təyin olunması tövsiyə edilir.

 

- Böyrək daşının əmələ gəlməsi və kanala düşməsi nə ilə əlaqəlidir?

 

Böyrək daşların əmələ gəlməsindən çox geniş danışmaq olar. Lakin, əsas risk faktorlarından - qidalanma tərzi, metabolik pozğunluqların olması, yetərsiz maye qəbulu, bəzi dərmanlar, fərdi olaraq insanın anatomik quruluşu, irsi və geoqrafik amillər və s. aiddir. Böyrəkdə yaranmış daşlar kiçik olduğu hallarda və yerləşməsindən asılı olaraq, sidik axarına düşə bilər. Ölçüsü kiçik olan daşlar (6 mm-ə qədər) spontan olaraq tamamilə sidik traktından xaric ola bilər.

 

- Uşaqlarda böyrək və sidik kanalında daşlarının yaranmasının əsas səbəbi nədir?

 

Ümümiyyətlə, böyüklərlə müqayisədə uşaqlarda daş xəstəliyi dəfələrlə az rast gəlinir. Uşaqlarda böyrək daşının yaranmasının əsas səbəblərindən geoqrafik, klimatik, irsi və alimentar faktorları qeyd etmək olar. Bununla yanaşı metabolik pozğunluqlar və sidik yollarında olan müxtəlif anadangəlmə qüsurlar da vacib amillər sırasındadır. Anadangəlmə qüsurlardan əsasən polikistik və nalvari böyrəklər, böyrək-sidik axarı seqmentinin darlığı, sidik kisəsi-sidik axarı reflüksu, sidik kanalının darlığını qeyd etmək olar.

 

- Uşaqlarda böyrək daşı xəstəliyinin əlamətləri hansılardır?

 

Böyüklərdə olduğu kimi, uşaqlarda da böyrək daşı xəstəliyi özünü bel nahiyəsində kəskin və ya küt ağrılar, sidikdə qanın olması, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, ümumi zəiflik, halsızlıq kimi şikayətlərlə özünü büruzə verir. Bəzi hallarda isə sidik daşı xəstəliyi heç bir şikayətlər olmadığı hallarda inkişaf edir. Bu baxımdan uşaqların vaxtlı-vaxtında dispanser müayinədən keçirmək vacibdir. Daşların tərkibinə gəldikdə isə uşaqlarda daha çox oksalat daşları - 75%, sonra urat və sistin daşları rast gəlinir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb