Tibbdə ŞOK anlayışı - Necə baş verir?
15.08.2022 17:09

Tibbdə şok xarici təsirlər səbəbindən qan dövranının kəskin pozulmasıdır. Bu zaman dövr edən qanın həcmi və ya hərəkət sürəti, yaxud da qan təzyiqi kəskin enir. Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər.

 
Aztibb.az xəbər verir ki, həkim-nefroloq Müşfiq Bəbirov şok barədə bəzi məqamlara aydınlıq gətirib məlumat verib.
 
Şokun aşağıdakı növləri var:
 
1. Hipovolemik və ya hemorragik şok - dövr edən qanın həcminin azalması səbəbindən (kəskin qanaxmalar zamanı) təzyiqin kəskin enməsi;
2. Kardiogen şok - ürəyin atım funksiyasının pozulması səbəbindən təzyiqin kəskin enməsi;
3. Septiki şok - zəhərlənmə səbəbindən təzyiqin kəskin enməsi;
4. Neyrogen şok - baş və onurğa beyninin zədələnməsi səbəbindən baş verən şok;
5. Anafilaktik şok - allergik reaksiya səbəbindən təzyiqin kəskin enməsi.
 
M.Bəbirov bildirib ki, şoka düşmüş xəstələrdə rəng avazıyır, təzyiq kəskin enir, dəri nəmli olur, ürək döyüntüləri artır. Bircə neyrogen şokda ürək döyüntüləri artmır.
 
İlk yardım kimi xəstəni uzadıb ayaqlarını hündürə qaldırmaq, damar yolu açıb bol miqdarda (təxminən 2 Litr) və sürətlə maye köçürmək və ümumi vəziyyəti nəzarətdə saxlamaq lazımdır. Məqsəd təzyiqi 90 mm. c. süt.-dan yuxarıda saxlamaq və beyinin normal qan təchizatını təmin etməkdir.
 
"Vaxtında göstərilən düzgün yardım xəstənin həyatını itirməsinin qarşını ala bilər", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub