Məktəblilərə sağlam və düzgün qidalanma ilə bağlı tövsiyələr verilib
25.04.2026 11:45
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə Z. Əliyeva lisey, T.İsmayılov adına 6 saylı məktəb-lisey, İ.Əfəndiyev adına Elitar Gimnaziya və 14, 20, 26, 35, 47, 49, 114, 128, 136, 189-190, 200, 202, 212 nömrəli məktəblərdə şagirdlər üçün “Sağlam və balanslı qidalanaq” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə şagirdlərə düzgün qidalanma ilə bağlı ətraflı məlumat verilib.
 
İSİM-in Təlim resurs şöbəsinin meneceri Yeganə Şiralıyeva, Monitorinq və təhlil şöbəsinin meneceri Zeynəb Abbaszadə geniş təqdimatla çıxış ediblər.
 
Şagirdlərə qidanın onların həm fiziki inkişafı, həm də zehni fəaliyyəti üçün yanacaq rolu oynadığı izah olunub. Vurğulanıb ki, enerji içkiləri və həddindən artıq şəkərli qidalar ani enerji versə də, qısa müddətdən sonra yorğunluq və diqqət dağınıqlığına səbəb olur. Dügün qidalanmanın müvəqqəti bir pəhriz deyil, sağlam və uzun ömür üçün seçilən bir həyat tərzi olduğu diqqətə çatdırılıb.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır