Rezidentura imtahanının II mərhələsində iştirak etmək üçün 400-ə yaxın namizəd qeydiyyatdan keçib
07.08.2022 11:03

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat aparılır.


Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan üçün qeydiyyat avqustun 11-dək davam edəcək. Bu gün saat 22:00-a olan məlumata görə, 395 nəfər (Azərbaycan bölməsi – 319, rus bölməsi - 76) qeydiyyatdan keçib.


Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.


Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
Qastrit və xora zamanı necə qidalanmalı?
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Ümumdünya Sağlamlıq Günü çərçivəsində tədbir: “Sağlamlıq naminə birləşək. Elm ilə irəliləyək”   
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi