“Koreya-Azərbaycan səhiyyə sahəsində əməkdaşlıq” vebinarı keçirilib
17.09.2020 20:44

Sentyabrın 17-də Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə “2020 Koreya tibbi” layihəsi çərçivəsində vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, vebinarın keçirilməsində məqsəd Koreyanın inkişaf etmiş tibb sənayesinin öyrənilməsi, daxili bazarın araşdırılması, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərlə tanışlıq və gələcəkdə Koreya-Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri olub.

Vebinarda Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutu, Azərbaycan Respublikasının Koreyadakı səfirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri iştirak ediblər.

Vebinarda agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək, Koreya və Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, vətəndaşların sağlamlığının ölkənin iqtisadi inkişafı üçün bir amil olduğunu vurğulayaraq, əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi istiqamətində agentlik tərəfindən görülən tədbirlər barədə məlumat verib. Bildirib ki, səhiyyə sahəsində əməkdaşlıq görülən tədbirlərə öz töhfəsini verəcək.

Görüşdə agentliyin nümayəndəsi tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda təqdimat keçirilib.

Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op çıxışı zamanı tibb sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın inkişafa yol açacağını bildirib. Koreya Səhiyyə Sənayesinin İnkişafı İnstitutunun mütəxəssisi Yunq Soon Kyu “Koreyada əczaçılıq və bio-əczaçılıq sənayesi” mövzusunda çıxış edib.

Görüşdə tərəflər maraq doğuran məsələlər, gələcəkdə mümkün əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır