Kliniki Tibbi Mərkəzin rəsmi internet saytının təqdimatı olub
17.06.2022 16:51
Kliniki Tibbi Mərkəzin təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilən tədbir keçirilib. Tədbir çərçivəsində Mərkəzin rəsmi internet səhifəsi olan ktmhospital.az saytının təqdimatı baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil departamentinin rəhbəri Araz Nəsirov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev, Kliniki Tibbi Mərkəzin rəhbər heyəti və tibb işçiləri iştirak ediblər.
Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov əhalinin sağlamlığının qorunması, hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsi kimi çətin vəzifələrin həkimlərin üzərində olduğunu deyib. İcbari tibbi sığortanın tətbiqindən sonra tibbi sahədə baş verən yeniliklər haqda məlumat verən K.Ələkbərov bildirib ki, bu gün ölkəmizdə tibbi xidmətlər yetərincə keyfiyyətli və əhali üçün daha əlçatandır. Son bir ildə Kliniki Tibbi Mərkəzdə baş verən yeniliklər, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün atılmış addımlardan danışan Mərkəzin direktoru görülmüş işlərdə həkimlərin əhəmiyyətini xüsusi vurğulayıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov da Tibb İşçilərini Peşə Bayramı münasibəti ilə təbrik edib. İcbari tibbi sığortanın tətbiqindən sonra TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində görülən işlər və yeniliklər barədə məlumat verən V.Qurbanov bildirib ki, bütün bunlar həm də məhz həkimlərin əməyi nəticəsində mümkün olur: “Tibb sahəsində əldə olunan uğurlarda sizin əməyiniz danılmazdır. Peşə Bayramı münasibəti ilə sizin timsalınızda bütün tibb işçilərini təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram!”
Daha sonra Kliniki Tibbi Mərkəzin rəsmi internet səhifəsi olan ktmhospital.az saytının təqdimatı keçirilib. Saytda istifadəçilər üçün yaradılan funksiyalar barədə məlumatlar verilib. Qeyd olunub ki, Mərkəzdə olan yeniliklər, analizlərin elektron nəticələri, elektron randevu, şöbələr, həkimlər, tibbi rubrikalar, tibbi cəmiyyətlər, əlaqə vasitələri barədə ətraflı məlumatlar saytda yer alıb.
Tədbirin sonunda əmək fəaliyyətində fəqlənən bir sıra tibb işçilərinə Fəxri fərman və Təşəkkürnamələr təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib
27.10.2026 | 16:25
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

