Akademik Cəlal Əliyev adına beynəlxalq mükafatın təqdimatı keçiriləcək
16.06.2022 12:55

Beynəlxalq Fotosintez Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) görkəmli alim, akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi dəyərli töhfələri nəzərə alaraq, onun adına beynəlxalq mükafat (“The Jalal Aliyev Lecture Award”) və medal təsis edib.

 

Bu mötəbər mükafat akademik Cəlal Əliyevin Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin müəyyənləşdirilməsində, yaradılıb formalaşdırılmasında, bu istiqamətlər üzrə aktual problemlərin həllində, bütövlükdə biologiya və aqrar elmlərin inkişafında, həyatın mövcudluğunun əsası olan fotosintez prosesinin kompleks tədqiqində əldə etdiyi mühüm nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən daha bir təsdiqi hesab edilə bilər.

 

ISPR-in təşkilatçılığı ilə 31 iyul - 5 avqust 2022-ci il tarixlərində Yeni Zelandiyanın Dunedin şəhərində “Fotosintez tədqiqatları – enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm” mövzusunda hibrid formada keçiriləcək XVIII Beynəlxalq Konqresdə (www.ps2022.nz) Melvin Calvin, Andrew Benson, Robert Hill və Jan Andersson kimi nüfuzlu alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev mükafatı fotosintez elminin inkişafına böyük töhfələr verən alimə təqdim ediləcək.

 

Qeyd etmək lazımdır ki, “Cəlal Əliyev mükafatı”na ilk layiq görülən alim Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shen olub. Mükafat alimə 2018-ci ildə Beynəlxalq Fotosintez Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilmiş “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq konfransda təqdim edilib.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
AMEA-da elmi konfrans: “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” 
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib