Zoologiya İnstitutunda onlayn attestasiya keçirilib  
17.07.2020 17:00

İyulun 17-də AMEA-nın Zoologiya İnstitutunun magistratura pilləsində “Onurğalılar zoologiyası” ixtisası üzrə təhsil alan I kurs magistrantı Nigar Vəliyevanın təhsil ilinin 2-ci semestrində gördüyü işlərin qiymətləndirilməsi məqsədilə attestasiyası keçirilib.

 

“Zoom” platforması üzərindən baş tutan tədbir attestasiya komissiyanın sədri, institutun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov, komissiya üzvləri – biologiya elmləri doktoru  Qiyas Quliyev,  biologiya üzrə fəlsəfə doktorları Sara Əliyeva, Səbinə Bünyatova və Türkan Qurbanovanın iştirakı ilə keçirilib.

 

Gənc tədqiqatçı elmi rəhbəri – Quru onurğalıları laboratoriyasının əməkdaşı Nicat Həsənovla birgə dissertasiya işi üzrə gördüyü işlər barədə məlumat verib. O, mövzu ilə bağlı verilən sualları cavablandırıb.

 

Sonra attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib. Magistrant komissiyanın qərarı ilə növbəti tədris ilinə buraxılıb.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər